Daxili Qoşunların gənc əsgərləri hərbi and içiblər

14-11-2015, 22:00
714

http://www.azerbaijan-news.az/images/contents/4eb262e5f66fe0e1d36066e2d1a6e0e6.jpg


Noyabrın 14-də Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) gənc əsgərlərinin təntənəli hərbi andiçmə mərasimi keçirilib.
DQ-nin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Ећahin Məmmədov iştirak edib.
Qoşunların Veteranlar Ећurasının üzvlərinin və əsgərlərin valideynlərinin də qatıldıqları mərasimdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirilib.
Sonra gənc əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına söz veriblər.
Daxili Qoşunların komandanı Ећ.Məmmədov hərbi andı qəbul edən gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.
Hərbi andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.
Mərasimdən sonra general-leytenant Ећ.Məmmədov Dövlət Bayrağı Meydanında əsgərlərin valideynləri ilə görüşərək onların istək və təkliflərini dinləyib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: