Bavariya polisinin saxladığı şəxsin Parisdəki terror hadisəsi ilə bağlılığı ehtimal olunur

15-11-2015, 09:00
657

http://www.azerbaijan-news.az/images/contents/d0f7489b74ab45f14fd4c39400d7e6cf.jpg


Bavariyanın Rozenhaym şəhərinin polisinin saxladığı monteneqrolu kişinin Parisə hücum etmiş terrorçularla əlbir olduğu ehtimal edilir.
Məlumatı bu gün Bavariyanın "Bayerischer Rundfunk" (BR) hüquq yönlü ictimai teleradio şirkəti bildirib. Jurnalistlərin məlumatına görə, o, hələ noyabrın 5-də saxlanılıb və barəsində Fransanın hüquq-mühafizə orqanlarına məlumat verilib.
Kişi Zaltsburq-Münxen avtobanında saxlanılıb. Onun maşınına baxış keçirilən zaman tapança, avtomat, döyüş sursatı və bir neçə kiloqram trotil aşkar edilib. BR-in məlumatına görə, kişi güman ki, Parisə gedirmiş. "n-tv" media şirkətinin cinayət məsələləri üzrə Bavariyadakı mənbəyi saxlanma haqqında informasiyanı təsdiqləyib, lakin həmin şəxsin Parisə hücum təşkil edən terrorçularla əlbir olması barədə suala cavab verməkdən imtina edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: