Əsgərlərimiz Vətənə sədaqət andı içdilər

15-11-2015, 14:00
704

http://s019.radikal.ru/i628/1511/ac/e0610d1dcfa1.jpg


Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Noyabrın 15-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan Respublikasının Dövlət himni oxunub və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından şəxsi heyətə təbrik çatdırılıb.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər.

Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər.

Rəsmi mərasim bağlı elan olunduqdan sonra əsgərlər valideyinləri ilə görüşüb və hərbi hissələrdə yaradılmış şəraitlə tanış olublar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: