Aqrar Universitetin əkinçilik kafedrası tədrisin sahələrdə qurulmasına maraqlıdır

19-11-2015, 13:00
720

http://s003.radikal.ru/i204/1511/6b/fe23a6ae063e.jpg

http://s018.radikal.ru/i523/1511/bb/6207bc1b8661.jpg

http://s018.radikal.ru/i523/1511/df/d93f9ddfc2a7.jpg

http://s018.radikal.ru/i526/1511/80/625ed452a39d.jpg

http://s018.radikal.ru/i504/1511/bb/92c1f4c276db.jpg

http://s017.radikal.ru/i433/1511/5e/ed5afa2fb951.jpg


Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin keyfiyyətli aparılmasında istifadə olunan üsullardan biri də tələbənin elmi bilikləri ilə təcrübənin uyğulaşması və müəyyən dərslərin əyani şəkildə sahələrdə keçirilməsidir. Əslində bu həm də nəzəriyyənin praktika ilə uyğunlaşdırılmasıdır.
ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə universitetin bütün ixtisaslarında qrafikə uyğun bu cür tədris aparılır. Növbəti daha bir tədris isə Aqranomluq fakültəsinin 4-cü kurs tələbələri ilə Goranboy rayonunun əkin sahələrində aparılıb. Onlar əkinin aqrotexniki qaydalarının tətbiqi ilə tanış olub, toxumun səpilmə üsulunu öyrəniblər.
ADAU-nun Əkinçilik, Genetika və Seleksiya kafedrasının müdiri, fəlsəfə doktoru, Azərbaycanın Əməkdar müəllimi Azad İbrahimov deyib ki, tələbələr torpağın payız əkininə hazırlanmasını, şumun vurulma dərinliyini, toxumun keyfiyyətini və səpilmə qaydalarını artıq əyani şəkildə görürlər və auditiriyalarda öyrəndiklərini praktik formada tətbiq edə bilirlər. Bu da onların biliklərin təkmilləşməsinə, ixtisaslarına mükəmməl yiyələnmələrinə böyük köməkdir.
Bütün bunlarla yanaşı tələblər əkin zamanı, eyni zamanda becərmədə tətbiq edilən üsulların hamısı haqqında məlumatlı olurlar.


Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: