Bakı Ali Neft Məktəbi Almaniya ilə əlaqələrini genişləndirir

19-11-2015, 19:00
837

http://www.azerbaijan-news.az/images/contents/0c4a4a7fa745464725eca4672f3e4e30.jpg


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel ilə görüşüb.
BANM-dən bildiriblər ki, görüşdə E.Qasımov rəhbərlik etdiyi ali məktəb haqqında qonağa məlumat verib. BANM-in 2011-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Ећirkətinin (SOCAR) tərkibində yaradıldığı diqqətə çatdırılıb. Rektor vurğulayıb ki, bu ali təhsil ocağının əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır.
E.Qasımov BANM-də tədrisin ingilis dilində və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında aparıldığını söyləyib. Ali məktəbin kampusu barədə danışan rektor yaxın vaxtlarda burada tamamlama işlərinin başa çatacağını, onun Azərbaycanda bütün komponentləri özündə əks etdirən yeganə kampus olacağını deyib. Tələbələrin SOCAR, Total, bp, Schlumberger, Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdikləri səfirin diqqətinə çatdırılıb. BANM-də tədrislə yanaşı, tədqiqata xüsusi önəm verildiyini, təhsil ocağının bir sıra şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Almaniyanın E.ON şirkəti ilə əlaqələrdən danışıb. E.Qasımov Almaniya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
H.Tempel səmimi görüşə görə təşəkkürünü bildirib, tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Diplomat DAAD (Alman Mübadilə Proqramı) xətti ilə almaniyalı mütəxəssislərin, ekspertlərin əməkdaşlığa cəlb olunmalarının və əlaqələrin davam etdirilməsinin faydalı olacağına əminliyini ifadə edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: