Azərbaycanda sahibkarlığın inkişafı sahəsində atılan son addımlar ABЕћ-da da müsbət qarşılanıb

19-11-2015, 20:00
867

http://www.azerbaijan-news.az/images/contents/7a6de57c558e6aa795d23c00bf394358.jpg


Noyabrın 19-da iqtisadiyyat və sənaye naziri Ећahin Mustafayev ölkəmizdə səfərdə olan ABЕћ-ın Ticarət Departamentinin Avropa, Orta Ећərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lallinın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, nazir Ећahin Mustafayev Azərbaycan və ABЕћ arasında əlaqələrin genişləndiyini, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib. ABЕћ nümayəndə heyətinin Azərbaycana geniştərkibli səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir. Qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün lazımi hüquqi baza mövcuddur. Hazırda Azərbaycanda 235 ABЕћ şirkəti fəaliyyət göstərir, bu ilin 9 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 5 faiz artıb. İndiyədək ABЕћ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyulub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclər ABЕћ universitetlərində təhsil alırlar. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Ећahin Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, eləcə də sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
ABЕћ-ın Ticarət Departamentinin Avropa, Orta Ећərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli ABЕћ ticarət missiyasının Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədini daşıdığını, səfər çərçivəsində iş adamları arasında keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, iş adamları ilə keçirilmiş görüşlər zamanı sahibkarlar Azərbaycan Respublikası Prezidentinin ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində qəbul etdiyi qərarları yüksək qiymətləndirirlər. Maykl Lalli Azərbaycanda sahibkarlığın inkişafı sahəsində atılan son addımların ABЕћ-da da müsbət qarşılandığını diqqətə çatdırıb.
Görüşdə ABЕћ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən sahibkarlığın inkişafı sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini, ABЕћ-ın bu sahədə ölkəmizə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Görüşdə həmçinin, Azərbaycan və ABЕћ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: