Yəməndə 15 hərbçi həlak oldu

20-11-2015, 17:15
757

http://www.azerbaijan-news.az/images/contents/dc39d5b8ae3dc0b18d41e991d4b25622.jpg


"Ərəbistan yarımadasında əl-Qaidə" qruplaşmasının silahlıları Yəmənin şərqində, Həzrəmövt əyalətində orduya məxsus iki nəzarət-keçid məntəqəsinə hücum etmişlər. "Əl-Ərəbiyyə" telekanalının xəbərinə görə, hücum nəticəsində 15 hərbçi həlak olmuşdur.
Hücum dəf edilərkən 19 ekstremist öldürülmüşdür. Məlumata görə, terrorçular ordu mövqelərinə qəfil hücum etmişdilər; postda olan əsgərlər hətta cavab atəşi açmağa macal tapmamışdılar. Ekstremistləri məhv etmək üçün yaxınlıqdakı hərbi bazaların birindən əlavə qüvvə göndərilmişdir. Yerli KİV xəbər verir ki, hərbi helikopter hadisə yerinə çatan kimi terrorçular geri çəkilməyə məcbur olmuşlar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: