ABЕћ İsrail casusunu azadlığa buraxdı

20-11-2015, 17:30
727

http://www.azerbaijan-news.az/images/contents/1c51cf53c4e7b91afadde1586fb3acb6.jpg


Amerika hakimiyyət orqanları 1987-ci ildə İsrailin xeyrinə casusluq etdiyinə görə məhkum olunmuş ABЕћ hərbi dəniz kəşfiyyatının keçmiş əməkdaşı Conatan Pollardı azadlığa buraxmışdır. Bu barədə "Jerusalem Post" qəzeti xəbər verir.
Qəzet yazır ki, Pollard müntəzəm olaraq polisdə qeydiyyatdan keçməlidir. O həmçinin beş il ərzində ABЕћ ərazisini tərk etməməli, mətbuata müsahibə verməməlidir. Keçmiş casus bu şərtləri pozarsa, həbsxanaya qaytarıla bilər.
Pollard 1985-ci ildə İsrailə məxfi məlumatlar verdiyinə görə həbs olunmuşdur. Sonra o, ömürlük həbs cəzasından xilas olmaq üçün günahını boynuna almışdır. Lakin 1987-ci ildə Amerika məhkəməsi onun barəsində məhz bu cəza tədbirini seçmişdir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: