PKK terrorçusu 100 kiloqram partlayıcı maddə ilə tutuldu

20-11-2015, 17:45
720

http://www.azerbaijan-news.az/images/contents/b9f282f0d6d9e470ff0a16765d9e8527.jpg



Ankara Polis İdarəsinin əməkdaşları təxminən 100 kiloqram nitrometan aşkarlayıb müsadirə etmişlər. NTV telekanalının xəbərinə görə, nitrometandan partlayıcı maddə kimi istifadə etmək olar. Polisdən bildirmişlər ki, partlayıcı maddə PKK terrorçularına məxsusdur.
Nitrometan Ankaradan 80 kilometr qərbdə yerləşən Poladlı qəzasında balonlara doldurulub yerə basdırılmışdı. Hüquq-mühafizə orqanları PKK terrorçularının bu rayonda partlayıcı maddə basdırması barədə məlumat aldıqdan sonra əməliyyat başlamışdır. Terrorçulardan biri nitrometan balonlarını torpaqdan çıxararkən polis tərəfindən yaxalanmışdır. Ekstremist həbs olunmuşdur.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: