Aktauda Azərbaycanın logistik mərkəzi dekabrda fəaliyyətə başlayacaq

21-11-2015, 02:00
666

http://www.azerbaijan-news.az/images/contents/4d59679c65cafc57362d5796f04f7c92.jpg


Noyabrın 20-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qeyri-neft ixracının genişləndirilməsinə dair tədbir keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, həmçinin ölkədə fəaliyyət göstərən 40-dan artıq ixracatçı şirkətin rəhbərləri iştirak edib.
İqtisadiyyat və sənaye naziri Ећahin Mustafayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqaməti olduğunu vurğulayıb. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 2007-2014-cü illərdə ortalama 9,4 faiz, 2015-ci ilin 9 ayında isə 6,4 faiz artıb. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin genişləndirilməsi nəticəsində sahibkarlıq qeyri-neft sektorunun inkişafında aparıcı qüvvəyə çevrilib. Dövlət başçısı tərəfindən son dövrlərdə bu sahədə bir sıra ciddi addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi sahibkarlığın inkişafı baxımından inqilabi addımlar olmaqla, biznes mühitinin yaxşılaşdırılması, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən mühüm islahatlardır. Bundan başqa, sahibkarlıq subyektlərinə qanunsuz müdaxilələrin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülüb və bu proses davamlı olacaq. Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Ећurası ölkənin tranzit imkanlarını genişləndirməklə yanaşı, yükdaşımalar sahəsində vahid tarif siyasətinin həyata keçirilməsinə, bu sahədə prosedurların sadələşdirilməsinə imkan verəcək ki, bu da ölkənin ixrac potensialının daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir. Ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. "Doing Business 2016" hesabatında Azərbaycan öz mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. "Qlobal Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qoruyur.
Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın ixrac potensialının və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verən nazir Ећahin Mustafayev qeyd edib ki, xarici ticarətin strukturunda kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və bu sahədə logistik mərkəzlərin rolu xüsusilə əhəmiyyətlidir. Diqqətə çatdırılıb ki, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə ölkə daxilində və xaricdə logistik mərkəzlərin yaradılması nəzərdə tutulur. Artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzinin yaradılması yekunlaşmaq üzrədir. Logistik Mərkəzin inşasına dair razılıq 2013-cü ildə Azərbaycan və Qazaxıstan prezidentlərinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Ећurasının III Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşü zamanı əldə edilib və bu sahədə müvafiq tapşırıqlar verilib. Dövlətin maliyyə dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərsun Holdinq" MMC tərəfindən inşa edilən ümumi sahəsi 4,2 hektar olan logistika mərkəzi 4365 kvadratmetr quru, 4365 kvadratmetr soyuq anbarlardan və digər infrastrukturdan ibarətdir. Kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz bu ilin dekabrında fəaliyyətə başlayacaq. Mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir.
"Azərsun Holdinq"in prezidenti Abdulbari Gözəl Aktauda yerləşən "Azərsun İstehsal və Logistika Mərkəzi"nin tikintisinin şirkətə həvalə edilməsinin "Azərsun Holdinq"ə göstərilən böyük etimad kimi qiymətləndirib, logistik mərkəzin qeyri-neft sektorunun inkişafına, ölkəmizin tranzit və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Ећahin Bağırov ölkəmizdə ixrac gömrük prosedurlarına, bu prosedurların çevik və şəffaf şəkildə həyata keçirilməsinə dair məlumat verib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev çıxışında Azərbaycanda dəniz daşımalarının müasir vəziyyəti və potensialı barədə danışıb, Azərbaycan və Qazaxıstan arasında dəniz daşımaları sahəsində sahibkarlara tam dəstək veriləcəyini bildirib.
Sonra "Azərsun Holdinq"in nümayəndəsi Mehran Məmmədov Aktau İstehsal və Logistika Mərkəzinin mövcud imkanlarına dair təqdimatla çıxış edib.
Tədbirdə, həmçinin yeni bazarların araşdırılması və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi barədə müzakirələr aparılıb, ixracatçı şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: