Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının hesabatları dinlənilib

21-11-2015, 08:00
895

http://www.azerbaijan-news.az/images/contents/935e499b4ab8a0b3ecd500676d95061a.jpg


Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli, 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 13.5.7.-ci bəndində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması nəzərdə tutulub.
Bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Noyabrın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Bakı şəhəri üzrə bütün rayon monitorinq qruplarının görüşü keçirilib.
Görüşdə AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi barədə məlumat verib. Bildirib ki, monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyalara malikdirlər.
Daxili İşlər Nazirliyinin əməkdaşı Adıgözəl Adıgözəlov görülən işlər, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, nazirliyin rəhbərliyinin ciddi nəzarəti və tələbkarlığı, aidiyyəti baş idarə, xidmət və ərazi polis orqanlarının əməkdaşlarının göstərilən istiqamətdə həyata keçirdikləri kompleks tədbirlər, ailə-məişət zəminində baş verən hüquqpozmalara vaxtında və operativ reaksiyanın verilməsi, eyni zamanda, cəmiyyəti narahat edən belə neqativ hallara qarşı həm əlaqədar dövlət qurumları, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən aparılan məqsədyönlü profilaktik iş sayəsində müsbət nəticələr əldə etmək mümkün olub və bu yönümdə birgə səylər indi də davam etdirilir. Bildirilib ki, cari ilin birinci yarısında ailə münaqişəsi zəminində respublika üzrə 392 cinayət törədilib ki, bunun 198-i Bakı şəhərində baş verib. Göstərilən dövr ərzində ölkə üzrə profilaktik qeydiyyata götürülən 3344 münaqişəli ailənin 510-u Bakı şəhərinin payına düşür. Polis polkovniki A.Adıgözəlov çıxışında yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında daxili işlər orqanlarının fəaliyyətinin təşkili ilə bağlı uşaq hüquqlarına dair ölkə qanunlarının və beynəlxalq aktların xidməti fəaliyyətdə tətbiqinə, habelə, məişət zorakılığından daha çox əziyyət çəkən uşaqların reabilitasiyası və təlim-tərbiyəsində valideynlərin, pedaqoji kollektivlərin, dövlət və qeyri-dövlət təşkilatlarının, İctimai Ећura üzvlərinin rolunun artırılması üçün müvafiq təsirli tədbirlərin görülməsi məsələlərinə toxunub.
AQUPDK-nın şöbə müdiri Elgün Səfərov məişət zorakılığına dair məlumat bankının təşkili barədə danışıb. Məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılır və aparılır. Dövlət orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları komitəyə təqdim etməlidirlər. Məlumat bankı həm kağız üzərində, həm də xüsusi proqram təminatı vasitəsilə elektron formada aparılır. Məişət zorakılığı haqda məlumat bankında toplanmış məlumatların gizliliyi komitə tərəfindən təmin edilir. E.Səfərov qanunun icrası ilə birbaşa məşğul olan şəxslər məişət zorakılığı dedikdə, daha çox fiziki zorakılıq növündən bəhs edirlər deyə, əlavə edib. Lakin zorakılığın digər formaları da var ki, (psixi, mənəvi, cinsi və iqtisadi xarakterli zorakılıq) onların qarşısı vaxtında alınarsa və ya müdaxilə olunarsa, o zaman fiziki zorakılığın, cinayətlərin sayı az olar. Digər bir məsələ sığınacaqlara və oraya yerləşdirilmiş qurbanlara münasibətdir. Bu insanlara münasibət birmənalı deyil, bəzi hallarda isə bu məsələyə müsbət yanaşılmır. Fikrimizcə, bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədəuyğun olardı. E.Səfərov qeyd edib ki, bundan əlavə, mövcud "məktəb psixoloqu", "ağsaqqal - ağbirçək" institutlarının gücləndirilməsi istiqamətində işlərin aparılması da zəruri məsələlərdəndir.
Tədbirdə məişət zorakılığı törətmiş şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinin hüquqi əsasları müzakirə edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: