Azərbaycanda hər il 3 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınır

22-11-2015, 15:00
769

http://www.azerbaijan-news.az/images/contents/ef4710236ca527252cb7972c7971e750.jpg


Dünyada avtomobil qəzaları nəticəsində hər il 1,5 milyonadək insan dünyasını dəyişir. Təqribən 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır, əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqəladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır. Azərbaycanda hər il təxminən 3 min 500-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il mindən çox insan dünyasını dəyişir, iki minə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır.
Bu faktlar "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ећurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili" layihəsi çərçivəsində Bakının Suraxanı rayonunda təşkil edilən tədbirdə səslənib.
Tədbirdə çıxış edən "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun rəhbəri Sərraf Orucov avtomobil yol qəzalarının bu gün bəşəriyyəti düşündürən və narahat edən ən ağır problemlərdən biri olduğunu diqqətə çatdırıb.
Məlumat verilib ki, 2015-ci ilin ilk 6 ayında respublika ərazisində 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 407 nəfər ölüb, 1117 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 171 hadisə, 105 ölüm faktı, 117 xəsarət faktı azalıb. Eyni zamanda, 408 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 143 nəfər ölüb, 313 nəfər xəsarət alıb. Yol qəzalarında ölənlərin 34-ü, yaralananların isə 99-u azyaşlıdır. Bakı şəhəri üzrə yanvarın 1-dən noyabrın 14-dək 694 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş yol qəzalarında 200 nəfər ölüb, 746 nəfər isə xəsarət alıb.
Çıxış edən ekspertlər avtomobil qəzalarının törətdiyi acı fəsadların aradan qaldırılması və vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsi istiqamətində görülən və nəzərdə tutulan işlərdən danışıblar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: