Tokiodakı Yasukuni məbəd kompleksində partlayış törədilib

23-11-2015, 11:50
706

http://www.azerbaijan-news.az/images/contents/4807878f9b1f2bb6da4d5a4785713c97.jpg


Noyabrın 23-də səhər saatlarında Tokionun mərkəzində yerləşən məşhur Yasukuni məbəd kompleksinin cənub qapısında törədilən partlayışdan sonra hadisə yerində əldəqayırma bombanın parçaları tapılıb. Polisin bildirdiyinə görə, hadisə yerində, həmçinin partlayıcının izləri və batareyaların qalıqları aşkar edilib. Yaxınlıqda daha bir şübhəli əşyanın tapıldığı və hazırda onun istehkamçılar tərəfindən araşdırıldığı bildirilir.
Partlayış məbədin cənub girişinin yaxınlığında yerləşən ictimai tualetdə baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, divarlarda güclü yanıq izləri qalıb.
Polisin rəyinə görə, bu, İmperator naminə həlak olan döyüşçülərin ruhlarına həsr olunan və ətraf ölkələrdə birmənalı qarşılanmayan məbədə qarşı yönəldilən terror aktı ola bilər. Həmin məbəddə II Dünya müharibəsindən sonra hərbi cinayətlərə görə edam edilmiş zabitlər də dəfn olunub. Çin və Koreya dövlətləri bu məbədi yapon militarizminin mənəvi mərkəzi hesab edirlər.
Yasukuni məbədinin dövlətlə əlaqəsi yoxdur və o müstəqil dini təşkilat hesab olunur. Bununla yanaşı, hökumət üzvləri dövri şəkildə bu məbədi ziyarət edirlər. Qonşu dövlətlərlə münasibətlərdə gərginlik yaratmaq istəməyən Baş nazir Ећinzo Abe bundan çəkinir.
Noyabrın 23-də Əməyə Minnətdarlıq Günü ilə bağlı istirahət elan olunduğundan məbədi ziyarət edənlərin sayı çoxdur. Eyni zamanda, yaxınlıqda festival təşkil olunduğuna görə də bura xeyli insan toplaşıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: