Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə fəal iştirak edib

23-11-2015, 18:45
855

http://www.azerbaijan-news.az/images/contents/28e120361e2994653444c1839c1eb4ea.jpg


Prokurorların dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında müstəsna rolunu və Avropa Ећurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın zəruriliyini nəzərə alaraq, 2005-ci ilin iyulunda qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Prokurorlarının Məşvərətçi Ећurası (CCPE) yaradılıb. Avropa Ећurasına üzv dövlətlərin yüksək vəzifəli prokurorlarını birləşdirən Ећura hər il plenar iclaslar təşkil etməklə prokuror fəaliyyətinə aid aktual mövzular üzrə rəylər hazırlayıb Nazirlər Komitəsinə təqdim edir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Strasburqda CCPE-nin 10-cu plenar iclası keçirilib.
Tədbirdə ekspert qrupu tərəfindən "Prokurorların cinayət işlərinin istintaqında rolu" adlı sənəd müzakirə edilərək qəbul olunub. Sənəddə istintaqın hansı hallarda prokuror tərəfindən aparılması, prokurorların digər istintaq orqanları ilə əlaqələri, prosessual rəhbərlik, istintaq zamanı müdafiə tərəfinin hüquqlarının qorunmasında prokurorların rolu, istintaq texnikası, istintaq prosesində prokurorların rolunun gücləndirilməsi, KİV-lərlə səmərəli əlaqə və prokurorlar üçün təkmilləşdirmə kurslarının keçirilməsinə dair tövsiyələr nəzərdə tutulub.
Plenar iclasda Azərbaycan Prokurorluğunu təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov sənədin müzakirəsi zamanı ölkəmizdə cinayət işlərinin istintaqının aparılmasında və ibtidai istintaqa prosessual rəhbərlikdə, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət sahəsində prokurorluq orqanlarının rolu barədə iştirakçıları məlumatlandırıb. E.Əlixanovun irəli sürdüyü təkliflər qəbul olunan sənəddə əksini tapıb.
Tədbir çərçivəsində CCPE-nin prezidenti Sedrik Vizar yekdilliklə növbəti il üçün həmin vəzifəyə yenidən seçilib.
Sonda terrorizmə qarşı mübarizədə prokurorların rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi haqqında bəyanat qəbul edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: