Belçikada xüsusi əməliyyat: 16 nəfər tutuldu

23-11-2015, 19:00
773

http://www.azerbaijan-news.az/images/contents/6160c9ae1e06dec530217e3849d32621.jpg


Belçika polisi Parisdəki terror aktlarından sonra keçirdiyi xüsusi əməliyyat nəticəsində 16 nəfəri həbs etmiş, lakin əsas şübhəli şəxs Salah Əbdüssalamı tuta bilməmişdir. Ehtimal olunur ki, Brüssel sakini Əbdüssalam Fransadakı cinayətlərin təşkilində əsas rol oynamışdır. Bu barədə DPA agentliyi xəbər verir.
Noyabrın 13-də törədilmiş terror aktlarından sonra Əbdüssalam Belçikaya qayıda bilmişdir.
Brüsseldə və onun ətrafında 22 reyd keçirilmişdir. Lakin polis nə silah, nə də ki partlayıcı maddələr aşkar etmişdir. Molenbek rayonunda küçədə atışma baş vermiş, nəticədə bir nəfər yaralanmışdır.
Belçikanın daxili işlər naziri Yan Yambonun dediyinə görə, polisin xüsusi əməliyyatı davam edir.
Qeyd edək ki, ötən istirahət günləri Brüsseldə terror təhlükəsinin ən yüksək - dördüncü səviyyəsi elan edilmişdir. Ticarət mərkəzləri bağlanmış, idman tədbirləri təxirə salınmış, metronun hərəkəti dayandırılmışdır. Xüsusi rejim dünən də davam etmişdir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: