Ötən gün 6 yol-nəqliyyat hadisəsi baş verib

23-11-2015, 20:10
718

http://www.azerbaijan-news.az/images/contents/normal/8fd94e3f08bd729905f863134c18dcdd.jpg


Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 61 cinayət faktından 17-nin üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər dünyasını dəyişib, 10 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli üç fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: