London İЕћİD-lə mübarizəyə qoşulmaq niyyətindədir

23-11-2015, 20:20
828

http://www.azerbaijan-news.az/images/contents/300b23446d6802b0a7ccc230931bb362.jpg


Böyük Britaniyanın Baş naziri Devid Kemeron bildirmişdir ki, Suriyada İЕћİD terrorçu qruplaşmasının mövqelərinə aviasiya zərbələri endirmək üçün Londonun ABЕћ-ın başçılıq etdiyi koalisiyaya qoşulması məqsədilə parlamentin razılığını almağa çalışacaq. Bu barədə BBC xəbər verir.
Kemeron həmçinin Suriyada İЕћİD terrorçularına qarşı əməliyyatlarda Britaniyanın Kiprdəki aviabazalarından istifadə olunmasını təklif etmişdir.
Dünən Parisdə Fransa Prezidenti Fransua Ollandla görüşdən sonra Böyük Britaniyanın Baş naziri demişdir ki, iki dövlətin liderləri noyabrın 13-də Parisdə baş vermiş terror aktlarından sonra terrorçuluqla mübarizədə əməkdaşlığı artırmaq barədə razılığa gəlmişlər. Kemeron həmçinin Avropa İttifaqını birləşməyə və ekstremistlərin qarşısını almaq üçün bütün səylərdən istifadə etməyə çağırmışdır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: