Türkiyə Suriya türkmənlərinin məsələsini BMT-yə çıxardı

23-11-2015, 20:25
835

http://www.azerbaijan-news.az/images/contents/0894c141f5e17ff02e8612d9f4c3a96c.jpg



Türkiyə Suriyada türkmənlərin bombardmana məruz qalması ilə bağlı BMT Təhlükəsizlik Ећurasının təxirəsalınmaz iclasını keçirməyə çağırmışdır. Bundan əvvəl Ankara Rusiya təyyarələrinin Suriyanın şimalında türkmən yaşayış məntəqələrinə endirdiyi intensiv hava zərbələri ilə əlaqədar etirazını bildirmişdir. Bu barədə "Röyter" agentliyi xəbər verir.
Məlumata görə, Türkiyə Təhlükəsizlik Ећurasının hazırkı sədri kimi Böyük Britaniyaya müvafiq məktub ünvanlamışdır. Bundan əlavə, Ankara Suriyada türkmən kəndlərinin bombalanması ilə əlaqədar Vaşinqton və Moskva ilə danışıqlar aparır.
Digər tərəfdən, Baş nazir Əhməd Davudoğlu bu problemlə bağlı Silahlı Qüvvələrin Baş Qərargahının və Milli Kəşfiyyat İdarəsinin rəhbəri ilə məsləhətləşmələr aparmışdır. Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu isə ABЕћ-ın dövlət katibi Con Kerri ilə telefonla danışmışdır.
Xatırladaq ki, noyabrın 20-də Türkiyə Xarici İşlər Nazirliyi Rusiya səfirini dəvət edərək Suriyanın şimalında türkmən kəndlərinin intensiv şəkildə bombardman edilməsinə etirazını bildirmişdir. Moskvaya xəbərdarlıq edilmişdir ki, türkmən yaşayış məntəqələrinə hava hücumları ciddi fəsadlar verə bilər. Ankara əməliyyatı dərhal dayandırmağa çağırmışdır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: