Bricet Brink: ABЕћ Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir

24-11-2015, 05:00
852

http://www.azerbaijan-news.az/images/contents/08b11a5a7089d8cbefff54cb90824e5b.jpg


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABЕћ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyini bərpa etməsindən keçən dövr ərzində enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə ABЕћ-la uğurlu əməkdaşlığından bəhs edib. O, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün mövcud imkanların qiymətləndirilməsinin vacibliyini bildirib.
Nazir ABЕћ-la əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulayaraq, iki ölkə arasında bütün məsələlərin dialoq və qarşılıqlı etimad şəraitində müzakirəsinin səmərəli olacağını deyib. E.Məmmədyarov enerji sahəsində bir sıra irimiqyaslı layihələrin reallaşdırılması təcrübəsinin hazırda gündəmdə olan digər enerji layihələrinin uğurla tamamlanmasına töhfə verəcəyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə ABЕћ tərəfindən münaqişənin həlli istiqamətində səylərin artırılmasının vacibliyinə diqqət çəkib.
Bricet Brink ABЕћ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və əməkdaşlığın inkişaf etdirilməsinə hazırlığını vurğulayıb. O, səfər çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verərək, görüşlərdə ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair geniş fikir mübadiləsi aparıldığını qeyd edib.
Həmin gün Bricet Brinkin xarici işlər nazirinin müavini Xələf Xələfovla da görüşü olub.
Bu qəbildən olan görüşlərin ikitərəfli əlaqələrin gücləndirilməsinə yardım etdiyini bildirən Xələf Xələfov indiyədək iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, 1997-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ABЕћ-a səfərindən sonra bu münasibətlərin daha da gücləndiyini vurğulayıb. Azərbaycanın ABЕћ-ın regionda etibarlı tərəfdaşı olduğunu bildirən nazir müavini siyasi, təhlükəsizlik, iqtisadi, investisiya qoyuluşu, mədəniyyət, təhsil və humanitar sahələrdə, enerji layihələrinin həyata keçirilməsində birgə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edib.
X.Xələfov ticarət sahəsində əməkdaşlığa toxunaraq, bu yaxınlarda keçirilmiş Azərbaycan-ABЕћ işgüzar görüşünə qatılmış ABЕћ şirkətlərinin qeyri-neft sektoruna sərmayə qoyuluşunda maraqlı olduqlarını vurğulayıb. Bu işgüzar görüşün sərmayə qoyuluşunun və ticarət dövriyyəsinin artmasına töhfə verəcəyini qeyd edib.
Bricet Brink ABЕћ hökumətinin Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya yardımı və terrorizmə qarşı mübarizədə töhfəsinin yüksək qiymətləndirildiyini bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: