Türkiyə Rusiya təyyarəsini vurdu

24-11-2015, 18:00
841

http://www.azerbaijan-news.az/images/contents/e33bb15178a6490f22808d96705a1cc8.jpg


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin hava məkanını pozmuş bombardmançı təyyarənin vurulduğunu bildirmişdir. Bəyanatda deyilir ki, vurulmuş təyyarəyə hava sərhədini pozması barədə on dəfə xəbərdarlıq edilmiş, sonra isə Türkiyənin iki F-16 təyyarəsi vəziyyətə müdaxilə etmişdir.
Baş Qərargahın bəyanatında deyilir: "Noyabrın 24-də saat 09:20 radələrində Hatay vilayətini Yayladağı rayonunda naməlum təyyarə beş dəqiqə ərzində on xəbərdarlıq almışdır. Buna baxmayaraq, o, Türkiyənin hava məkanını pozmuşdur. Həmin regionda patrul xidməti keçən iki ədəd F-16 təyyarəmiz cavab qaydaları çərçivəsində hava məkanını pozan təyyarəyə müdaxilə etmişdir".
Bu arada Türkiyənin Baş naziri Əhməd Davudoğlu insidenti Baş Qərargahın rəhbəri və xarici işlər naziri ilə müzakirə etmişdir. Yaxın saatlarda Ankara Suriya sərhədində yaranmış vəziyyəti NATO və BMT ilə müzakirə edəcək.
Son məlumata görə, vurulmuş bombardmançı Türkiyə sərhədinin yaxınlığında, Suriyanın türkmənlər yaşayan Yamada kəndinin ətrafında yerə düşmüşdür. Pilotlardan biri yerli sakinlər tərəfindən əsir götürülmüşdür.
Öz növbəsində Rusiya Müdafiə Nazirliyi Su-24 bombardmançı təyyarəsi ilə bağlı insident barədə məlumat vermişdir. Nazirlik bəyan etmişdir ki, təyyarə Suriya ərazisində qəzaya uğramışdır. Təyyarə 6 min metr hündürlükdə olmuşdur. Pilotların taleyi dəqiqləşdirilir. İlkin məlumata görə, onlar paraşütlə atılıb xilas olmuşlar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: