Ötən gün qeydə alınmış 73 cinayət faktından 22-nin üstü "isti izlər"lə açılıb

24-11-2015, 18:45
834

http://www.azerbaijan-news.az/images/contents/22e5cb035c547f4c149813729b29814f.jpg


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 73 cinayət faktı qeydə alınıb. Onlardan 22-nin üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: