D.Peskov: təyyarə insidentinin Rusiya-Türkiyə münasibətlərinə təsirindən danışmaq tezdir

24-11-2015, 19:25
787

http://www.azerbaijan-news.az/images/contents/e755ea1ec577ebd825ea3c30b8789ded.jpg


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya təyyarəsinin Suriyada Türkiyə tərəfindən vurulmasınının Rusiya-Türkiyə münasibətərinə təsirindən danışmaq düzgün deyil. Bunun üçün baş verən hadisənin təfərrüatlarını dəqiqləşdirmək lazımdır. D.Peskov Rusiya təyyarəsinin vurulmasını "çox ciddi hadisə" adlandırıb.
O, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə noyabrın 25-ə təyin olunmuş səfərinin təxirə salınıb-salınmayacağını da dəqiqləşdirməyib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya aviaqrupuna məxsus "Su-24" təyyarəsi Suriya ərazisində qəzaya uğrayıb. Altı min kilometr hündürlükdə uçan təyyarənin yerdən vurulduğu ehtimal olunur. Pilotların taleyi barədə hələlik dəqiq məlumat yoxdur. Ehtimal ki, onlar katapulta oluna biliblər.
Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, təyyarə Suriya ərazisində vurulub.
Türkiyə Müdafiə Nazirliyindən "Reuters" Agentliyinə bildiriblər ki, qırıcı təyyarə ilə əlaqə saxlamağa çalışsalar da, cavab almayıblar. Bundan sonra Türkiyənin F-16 qırıcıları Rusiya təyyarəsini vurublar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: