Kənd təsərrüfatı naziri İsrailin ölkəmizdəki səfiri ilə görüşüb

25-11-2015, 01:00
761

http://www.azerbaijan-news.az/images/contents/a7a2b7266ac73ddb3c1455167f8ba2f2.jpg


Noyabrın 24-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin ölkəmizdəki səfiri Dan Stav ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, nazir Heydər Əsədov İsrail ilə ölkəmiz arasında səmərəli əməkdaşlıq əlaqələrinin olmasının kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün zəmin yaratdığını söyləyib və Azərbaycanın İsrailin bu sahədəki geniş təcrübəsindən daha səmərəli faydalanmaq istəyində olduğunu vurğulayıb.
Nazir Heydər Əsədov 2014-cü ildə İsrailə səfərini xatırladaraq, bu səfər çərçivəsində aparılmış danışıqların, keçirilmiş görüşlərin və təcrübə mübadiləsinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa töhfə verdiyini bildirib.
Səfir Dan Stav əməkdaşlığı təşviq etməyə hazır olduğunu diqqətə çatdırıb. O, aqrar təhsil və tədqiqat sahəsində İsrailin geniş təcrübəyə malik olduğunu və bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra tərəflər arasında suvarma, kənd təsərrüfatında heyvanların süni mayalandırılması, birgə seminarların təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: