NATO Ankaranı dəstəkləsə də, "sakitliyə və gərginliyin azaldılmasına" çağırır

25-11-2015, 15:10
713

http://www.azerbaijan-news.az/images/contents/eedaab0430fb8302f4d0bb9d7dd3c8f3.jpg


Amerika hərbçiləri Rusiyaya aid bombardmançı təyyarənin Türkiyə sərhədini 17 saniyə ərzində pozduqdan sonra Suriya ərazisində vurulduğunu güman edirlər.
Su-24 Suriya ərazisində yerə düşüb və hər iki pilot paraşütlə tullanib. Son məlumata görə, təyyarənin şturmanı sağ-salamatdır və Rusiya hərbi bazasına gətirilib.
Türkiyə tərəfi təyyarəni öz ərazisində vurduğunu iddia edir. Bu mövqe ABЕћ və NATO tərəfindən də dəstəklənir. Rusiya isə təyyarənin Türkiyənin hava sərhədini pozmadığını və Suriya ərazisində vurulduğunu bildirir.
Alyansın baş katibi Yens Stoltenberq Türkiyə ilə həmrəy olduqlarını və onun ərazi bütünlüyünü tanıdıqlarını bəyan edib, eyni zamanda, Ankara və Moskvanı gərginliyi azaltmağa çağırıb.
Bir qədər əvvəl Ankara Dəməşq hakimiyyətinə qarşı mübarizə aparan türkmənlərin mövqelərinə endirilən zərbələrlə əlaqədar Rusiyaya öz etirazını bildirmişdi. Həmçinin İstanbulda Rusiya Federasiyasının səfirliyi qarşısında türkmənlərin müdafiəsi üçün aksiyalar keçirilmişdi.
Rusiya Prezidenti Vladimir Putin Ankaranın hərəkətini "arxadan vurulan zərbə" adlandıraraq insidentin Türkiyə-Rusiya münasibətlərində "ciddi nəticələrə" səbəb olacağını bildirib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: