Kanada ilin sonunadək 10 min suriyalı qaçqını qəbul edəcək

25-11-2015, 19:40
650

http://www.azerbaijan-news.az/images/contents/f550c9da99e18870ff7a5e587558e242.jpg


Kanada bu ilin sonunadək Türkiyə, İordaniya və Livandakı düşərgələrdə məskunlaşmış 10 min suriyalı qaçqını öz ərazisində yerləşdirəcək. Bu barədə hökumətdəki mənbə məlumat vermişdir.
Bu, Kanada hökumətinin əvvəllər bəyan etdiyi rəqəmdən təxminən 15 min nəfər azdır. Noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş vermiş terror aktlarından sonra Ottava miqrasiya axınını zəiflətmək barədə qərar qəbul etmiş və bildirmişdi ki, ancaq 2016-cı ilin fevralında 25 min qaçqını edə bilər.
Məlumata görə, Kanadada sığınacaq veriləcək qaçqınların adları və soyadları dekabrın 31-də açıqlanacaq. Siyahılar BMT-nin Qaçqınların İşləri üzrə İdarəsi və Türkiyə hökumətinin hazırladığı sənədlər əsasında tərtib olunur.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: