Tunisdə fövqəladə vəziyyət elan olundu

25-11-2015, 19:55
732

http://www.azerbaijan-news.az/images/contents/a97735b2afdf55685dea3e8358faddf0.jpg


Tunis rəhbərliyi ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan etmişdir. Bu barədə "Röyter" agentliyi xəbər verir.
Tunis Prezidentinin mətbuat katibi bildirmişdir ki, ölkənin paytaxtında avtobusun partladılması nəticəsində azı 13 nəfər həlak olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Məlumata görə, avtobus Prezident mühafizəsinin əməkdaşlarını daşıyırmış.
Partlayış turizm və daxili işlər nazirliklərinin binalarının yaxınlığında, V Məhəmməd və Həbib Burqibə küçələrinin kəsişməsində törədilmişdir. Avtobusa minalanmış avtomobildə intiharçı-terrorçu hücum etmişdir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: