Pakistan Dövlət Neft Ећirkəti SOCAR-la birgə layihələrin işlənib hazırlanmasında mövcud imkanlardan istifadə edəcək

26-11-2015, 00:00
625

http://www.azerbaijan-news.az/images/contents/daedbeb7b4b269d583b1dc3dadec03f2.jpg


Pakistan Dövlət Neft Ећirkəti Azərbaycan Respublikası Dövlət Neft Ећirkəti (SOCAR) ilə əməkdaşlıqda maraqlıdır və birgə layihələrin işlənib hazırlanması üçün mövcud imkanlardan istifadə edəcək.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, noyabrın 25-də şirkətin prezidenti Rövnəq Abdullayev Pakistan Dövlət Neft Ећirkətinin icraçı direktoru Ећeyx İmran-ül-Həqqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
R.Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin əməkdaşlıq prinsipləri əsasında qurulduğunu vurğulayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verdiyini bildirib. Ећeyx İmran-ül-Həqq isə Azərbaycana məmnunluq hissi ilə səfər etdiklərini, Pakistanla Azərbaycan arasında əlaqələrin yüksəldiyini söyləyib.
SOCAR-ın prezidenti Azərbaycan neft-qaz sənayesinin tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası çərçivəsində əldə edilmiş son nailiyyətlər, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə qonaqlara məlumat verib. SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən R.Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında ətraflı söz açıb.
Pakistan Dövlət Neft Ећirkətinin əsas fəaliyyət istiqamətləri barədə həmkarını məlumatlandıran Ећeyx İmran-ül-Həqq SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını, birgə layihələrin işlənib hazırlanması üçün mövcud imkanlardan istifadə edəcəklərini söyləyib.
Görüşdə neft və qaz sənayesinin müxtəlif sahələri, habelə neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: