Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

26-11-2015, 08:05
547

http://s010.radikal.ru/i313/1511/6c/59439542de4c.jpg


Son illər Xaçmaz şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Modul Tipli Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilmiş, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi yenidən qurulmuş, Tarix-Diyarşünaslıq, "Xalça", "Ећəxsiyyətlər", "Xalqlar Dostluğu" muzeyləri və Rəsm Qalereyası yaradılmış, əlil və şəhid ailələri üçün 92 mənzilli 4 yaşayış binası inşa edilmiş, 13 çoxmənzilli bina əsaslı təmir olunmuş, şəhərin mərkəzi küçələrində müasir işıqlandırma sistemi quraşdırılmış, parklar salınmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xaçmazda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan daha 19 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2015-ci il.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: