Krasnoyarskda helikopter qəzası 12 nəfərin ölümü ilə nəticələnib

26-11-2015, 14:00
713

http://s017.radikal.ru/i430/1511/d4/0c6b06e4256f.jpg


Yenisey nəqliyyat prokurorluğu Krasnoyarsk diyarında "Turuxan" aviasiya kompaniyasına aid Mi-8 helikopterinin qəzaya uğraması barədə informasiyanı dəqiqləşdirib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mədənçiləri "Krasnıy selkop" neft hasilatı stansiyasına aparan helikopter İqarka şəhərindən 10 kilometr aralıda Yenisey çayına düşüb.
Qəza nəticəsində azı 12 nəfər həlak olub. Ümumilikdə isə helikopterin göyərtəsində üç heyət üzvü və 22 sərnişinin olduğu bildirilir. Sağ qalanlar qar maşınları vasitəsilə təxliyyə olunur.
Yenisey nəqliyyat prokurorluğu qəzanın səbəblərini araşdırır. İlkin məlumata əsasən, uçuş vaxtı Mi-8-in idarəetmə sistemində nasazlıq baş verib. Bundan başqa, mürəkkəb meteoroloji şəraitdə ekipajın səhvi versiyası da nəzərdən keçirilir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: