Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

27-11-2015, 11:00
739

http://www.azerbaijan-news.az/images/contents/4fe94a29413d67ecde0f4bb59153d075.jpg


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan, Dovex, Barekamavan kəndlərində və Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım, Kəmərli, Qaymaqlı kəndlərində və Tovuz rayonunun Ağdam, Əlibəyli, Koxanəbi kəndlərində yerləşən mövqeləri atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Ећıxlar, Novruzlu, Baş Qərvənd, Qaraqaşlı, Ећuraabad, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 107 dəfə atəş zərbəsi endirib.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: