Daxili işlər naziri Lənkəranda polis serjantı İsmayıl Tağıyevin yas mərasimində iştirak edib

29-11-2015, 00:00
783

http://www.azerbaijan-news.az/images/contents/6b18816c420851813dff99dccc90dc84.jpg


Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində həyata keçirilən xüsusi əməliyyat zamanı həlak olan polis serjantı İsmayıl Tağıyevin Lənkəran şəhərində yas mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov, nazir müavinləri, həmçinin nazirliyin yüksək rütbəli vəzifəli əməkdaşları, Lənkəran Ећəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.
Nazir Ramil Usubov şəhid İsmayıl Tağıyevin ailə üzləri ilə görüşərək onlara başsağlığı verib.
Bakıdakı ikinci Fəxri xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşı ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümlərindən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər.
Yas mərasimində bildirilib ki, noyabrın 27-də cənub bölgəsinin ruhaniləri və dindarları bir araya gələrək Prezident İlham Əliyevə müraciət ünvanlayıb, dövlətimizə və dövlətçiliyimizə hər zaman sadiq olduqlarını vurğulayıblar.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: