Roma Papasının Uqandada keçirdiyi ayinə 1 milyondan çox insan toplaşıb

29-11-2015, 06:00
675

http://www.azerbaijan-news.az/images/contents/normal/a2ebd9280939495e7d099e5dc16d9fbf.jpg


Afrika ölkələrinə səyahət edən Roma Papası Fransisk Uqandada ayin keçirib. İlkin məlumata görə, ayində 1 milyondan çox insan iştirak edib. İnsanlar nəinki Uqandadan, həmçinin Afrikanın digər ölkələrindən də Pontifiklə görüşə gəliblər.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, mərasim 1885-1887-ci illərdə yerli kral tərəfindən edam edilən 45 xristian əzabkeşinin – 23 katolik və 22 İngiltərə kilsəsi tərəfdarının müqəddəsləşdirilməsinə həsr olunub. Ayində, həmçinin Uqandanın hazırkı Prezidenti Yoverti Kaquta Museveni də iştirak edib.
Bundan əvvəl Roma Papası Keniyada olub. Səfər proqramında Pantifikin ziyarət edəcəyi növbəti ölkə isə Mərkəzi Afrika Respublikasıdır.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: