Diyarbakır vəkillər bürosunun sədri silahlı hücum nəticəsində öldürülüb

29-11-2015, 08:00
791

http://www.azerbaijan-news.az/images/contents/a11046873ac556019dbb78d1322ddb75.jpg


Türkiyənin Diyarbakır vilayətinin vəkillər bürosunun sədri Tahir Elçi PKK terror qruplaşmasının hücumu nəticəsində həlak olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, terror təşkilatının daha əvvəl törətdiyi hücumlarla əlaqədar noyabrın 28-də Diyarbakır vilayətinin Sur rayonunda təşkil olunan mətbuat konfransına silahlı basqın edilib. Təhlükəsizlik qüvvələri dərhal cavab atəşi ilə hücumun qarşısını almağa çalışıblar.
Baş verən atışmada Tahir Elçi həlak olub, üç polis əməkdaşı, Anadolu Agentliyinin müxbiri Əziz Aslan və bir neçə nəfər xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan polis əməkdaşlarından xəstəxanada dünyasını dəyişib.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: