Aqrar Universitetin tələbələri dil biliklərini artırır

30-11-2015, 16:30
874

http://s005.radikal.ru/i209/1511/00/e809e3f53694.jpg


http://s50.radikal.ru/i130/1511/47/4ef3daa788fd.jpg


http://s018.radikal.ru/i504/1511/99/7c8e5a4efc9e.jpg


http://s018.radikal.ru/i507/1511/d6/9cc30157e1b7.jpg


Məlum həqiqətdir ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda dinamik inkişafı məhz bu sahə üçün hazırlanan kadrlar təmin edir. Əslində yüksək keyfiyyətli inkişafa nail olmaq kadrların peşəkarlıqla, eyni zamanda dil biliklərinə yiyələnmələri ilə ölçülür.
Azərbaycan Dövlət Aqrar Universitetin mətbuat xidmətinindən bildirilib ki, ölkəmizdə aqrar sektor üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayan yeganə ali təhsil müəssisəsi Gəncədə yerləir və bu yük məhz onun tələbələrinin, müəllimlərinin öhdəsinə düşür. Bu məqsədlə, Azərbaycan Dövlət Aqrar Universiteti həm təhsil səviyyəsində, həm də tələbələrin sosial fəaliyyətlərinin səmərəli təşkilində bir sıra ciddi tədbirlər həyata keçirir. Sürətli inkişaf yolunda olan ölkəmizdə aqrar sahə yönündə tələbələr nəinki innovativ düşüncələrini elmdə tətbiq edirlər, eyni zamanda qrup şəklində müasir elmi istiqamətləri və gündəlik iqtisadi problemləri müzakirə obyektinə çevirirlər.
Tətbiq edilən üsullardan biri-bəlkə də ən başlıcası Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Cəfər Cəfərov tərəfindən Aqrar İqtisadiyyat fakultəsində ingilis dilində təhsil alan Xüsusi İstedadlar Qrupunun 3-cu kurs tələbələrinin elmi dərnəyidir. Dərnəyin yaradılmasında məqsəd, tələbələrin öz düşüncələrini auditoriya qarşısında ifadə etmək bacarıqlarının formalaşdırılması, ingilis dili səviyyələrinin inkişaf etdirilməsi, ixtisaslarına uyğun olaraq ingilis dilində qrup şəklində işləmək bacarığının formalaşdrılmasından ibarətdir.
Cəfər Cəfərov deyib ki, təşkil olunan dərnəkdə tələbələr hər həftə mütəmadi olaraq ingilis dilində qrup şəklində müəyyən edilmiş iqtisadi məsələləri araşdırıb, təqdimatını keçirir və ümumi auditoriyada müzakirə obyektinə çevirirlər. Bununla yanaşı, qrupda iqtisadi düşüncələri ilə fərqlənən tələbələrə sertifikat da təqdim olunur.

Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: