Doqquz ayda Səngəçal terminalından 224 milyon barreldən çox neft və kondensat ixrac edilib

30-11-2015, 20:10
625

http://www.azerbaijan-news.az/images/contents/7d179e139fcf13002b8590240ad02889.jpg


Bu ilin yanvar-sentyabr aylarında Səngəçal terminalı 224 milyon barreldən çox neft və kondensat, o cümlədən təqribən 198 milyon barrel Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri, 23,6 milyon barreldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 2,2 milyon barrel dəmir yolu ilə və 0,9 milyon barrel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
"bp-Azerbaijan" şirkətindən AZƏRTAC-a bildirilib ki, doqquz ayda terminaldan gündəlik orta hesabla 26,1 milyon standart kubmetr (923 milyon standart kubfut) "Ећahdəniz" qazı da ixrac olunub.
Hesabat dövründə "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Ећahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və "Ећahdəniz" qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Respublikası Dövlət Neft Ећirkətinə (SOCAR) məxsus qaz kəməri ilə ixrac olunur.


Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: