Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi

30-11-2015, 21:00
777

http://www.azerbaijan-news.az/images/contents/1075e80c7139ed8e2a4afb21f3e7127c.jpg


Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin tətbiqi barədə fərman imzalamışdır. Bu barədə Kremlin saytı xəbər verir.
Fərmana uyğun olaraq, Rusiya Türkiyədə istehsal olunan ayrı-ayrı malların gətirilməsinə müvəqqəti qadağa, yaxud məhdudiyyət qoyur. Turizm şirkətlərinin Türkiyəyə turist aparması qadağan edilir. İki ölkə arasında çarter hava daşımaları dayandırılır. Bundan əlavə, 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejim ləğv edilir.
Fərmana əsasən, gələn ilin əvvəlindən işəgötürənlərin Türkiyə vətəndaşlarını işlə təmin etməsi qadağan olunur. Bundan əlavə, Türkiyənin yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyulur, yaxud məhdudlaşdırılır.
Rusiya iqtisadi inkişaf nazirinin müavini Oleq Fomiçyov etiraf etmişdir ki, antitürk sanksiyalarının tətbiqi ilə Rusiyada ərzaq mallarının qiyməti "bir az arta bilər". "Türkiyə Rusiyanın çox böyük mal dövriyyəsi olan ticarət tərəfdaşıdır. Ona görə də Türkiyədən Rusiyaya yatırımların faktiki olaraq dayandırılacağı təqdirdə bu, sərmayə dinamikasında və investisiyalar vasitəsilə ÜDM-də özünü büruzə verəcək", – deyə nazir müavini bildirmişdir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: