Fransada antiterror əməliyyatları çərçivəsində 2 mindən çox axtarış aparılıb

1-12-2015, 13:30
757

http://www.azerbaijan-news.az/images/contents/e668c6fca95267af304d98bc313ca8c4.jpg


Noyabrın 13-də Parisdə törədilmiş terror aktlarından sonra tətbiq edilən fövqəladə vəziyyət rejiminin ötən dövrü ərzində Fransada 2 mindən çox axtarış aparılıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Manuel Vals bildirib. Onun sözlərinə görə, axtarışlar nəticəsində 320 ədəd silah müsadirə edilib, 250 məhkəmə işi açılıb və 210 nəfər saxlanılıb.
Baş nazir Paris hadisələri ilə bağlı şübhəli bilinən Səlah Abdussalamın Suriyaya qaçması barədə KİV-lərdə yayılan informasiyanı təkzib edib.
Xatırladaq ki, Fransa Senatı noyabrın 20-də fövqəladə vəziyyət barədə qanun dəyişikliyini təsdiqləyib. Düzəlişlər Paris hadisələrindən sonra Prezident Fransua Ollandın təklifi ilə Nazirlər Kabineti tərəfindən tətbiq edilən fövqəladə vəziyyət rejimini 3 ay müddətinə uzatmağa imkan verir. Fransa qanunvericiliyinə əsasən bu rejim 12 gündən çox olmayan müddət ərzində davam etməlidir və bu müddət yalnız parlamentin qərarı ilə uzadıla bilər.
Noyabrın 13-də Parisdə koordinasiya olunmuş terror aktları nəticədə 130 nəfər həlak olub, 350-dən artıq insan isə yaralanıb. Bu, Fransada qeydə alınmış ən qanlı terror aktı kimi tarixə düşüb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: