Avropa İttifaqının Türkiyəyə, Türkiyənin də Avropa İttifaqına ehtiyacı var

1-12-2015, 14:00
770

http://www.azerbaijan-news.az/images/contents/1989f8c5378d2282f80941afa1f029f0.jpg


Avropa Komissiyasının vətəndaşlıq, miqrasiya və daxili işlər komissarı Dimitris Avramopoulos mühacir böhranının həllində Avropa İttifaqının Türkiyəyə, Türkiyənin də Avropa İttifaqına ehtiyacı olduğunu bildirib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı ilə Türkiyə arasında yeni bir dövrün başladığını ifadə edən Avramopoulos, bu ölkənin vətəndaşlarının Avropaya vizasız səyahətinin müəyyənləşdirilən tarixdə başlamalı olduğunu vurğulayıb.
Eyni zamanda Ankaranın da verdiyi vədlərə əməl etməsinin vacibliyini qeyd edən komissar Türkiyədə 2 milyondan çox qaçqının olduğunu və bu ölkəyə veriləcək 3 milyard avronun yalnız onlara xərclənəcəyini deyib.
Dimitris Avramopoulos, həmçinin Türkiyənin insan alverinə qarşı mübarizəsini təqdir edərək Aİ ilə Türkiyə arasında əldə olunan razılaşmaya müsbət baxdığını bildirib.
İsveçin daxili işlər naziri Anders Ygeman da Brüssel ilə Ankaranın mühacirlər məsələsində əldə etdikləri razılaşmanı vacib hesab edib və Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəklədiklərini vurğulayıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: