Nardaran qəsəbəsində Azərbaycan Respublikasının konstitusiya normaları bərpa edilib

1-12-2015, 23:00
797

http://www.azerbaijan-news.az/images/contents/77a9d9d0e576e90f7fe2410d43297078.jpg


Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində Nardaran qəsəbəsində Azərbaycan Respublikasının konstitusiya normaları bərpa edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dövləti ekstremistlərə, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi. Əməliyyatın məqsədi uzun illərdir Nardaranı orada yuva salmış radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etməkdir.
Artıq qəsəbənin küçə və meydanları ekstremist ünsürlərin qurduğu maneələrdən, qara bayraqlardan, o cümlədən Azərbaycanın müstəqilliyinə, azadlığına, demokratiyaya qarşı yönəlmiş radikal dini rəmzlərdən təmizlənib. İndi Nardaranda sivil və müasir cəmiyyət qayda-qanunlarına uyğun ab–hava bərpa edilib.
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Ећahin Məmmədov bildirib ki, Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının daxili işlər nazirinin əmrinə əsasən xüsusi əməliyyatın keçirilməsinə dair tədbirlər planı hazırlanıb. Həmin planın icrası məqsədilə Daxili İşlər Nazirliyinin polis orqanlarının və Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin keçirilməsinə başlayıb. Əməliyyat tədbirləri dekabrın 1-də bütün gün ərzində uğurla həyata keçirilib və müvafiq göstərişin icrası tam təmin olunanadək davam etdiriləcək. Nardaran qəsəbəsində asayiş və ictimai təhlükəsizlik tam təmin olunacaq.
Daxili Qoşunların komandanı deyib ki, qəsəbənin ərazisinə giriş-çıxış, buraxılış rejiminə vətəndaşlar tərəfindən ciddi riayət olunur.
Cinayətkar qrupların üzvləri hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub. Təxribatların iştirakçısı olan digər şəxslər də aşkarlanaraq məsuliyyətə cəlb ediləcək. İnsanları itaətsizliyə və müqavimət göstərməyə çağıran ekstremist dəstənin üzvlərinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Hadisələr zamanı ictimai qaydaları pozan, polisə müqavimət və itaətsizlik göstərən şəxslər barəsində qanun çərçivəsində ölçü götürüləcək.
Hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribatlar törədilməsi, təhdid və təzyiq vasitəsilə insanların radikallığa və itaətsizliyə məcbur edilməsi cəhdlərinin qarşısı bundan sonra da ən sərt şəkildə alınacaq. Azərbaycan dövləti belə halların bir daha təkrarlanmaması üçün zəruri tədbirləri sonadək davam etdirməkdə tam qətiyyətlidir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: