Daha bir avtomobil tuneli üzərində parklanma yeri ləğv edilib

2-12-2015, 19:00
760

http://www.azerbaijan-news.az/images/contents/d09175df674d452fb04f3dc1d6a98a5f.jpg


Ziya Bünyadov prospektində, "3-cü mikrorayon bazarı"nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki qanunsuz parklanma yeri "Azəryolservis" ASC tərəfindən ləğv edilib.
"Azəryolservis" ASC-dən AZƏRTAC-a bildirilib ki, parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq üçün giriş hissəyə beton maneə də qoyulub.
Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa yol ötürücülərinin (avtomobil körpülərinin) alt hissəsində də mövcud olan parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.
Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yol ötürücülərin alt hissəsinin parklanma üçün istifadə olunmasının qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aidiyyəti üzrə müraciət olunub.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: