TQDK dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək

3-12-2015, 05:00
803

http://s011.radikal.ru/i318/1512/cf/db377fbdef1a.jpg


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan saat 8.30-da bu qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq). İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.
İmtahanın nəticələri dekabrın 23-də imtahanda iştirak edənlərin "College Board"un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.
SAT imtahanı haqqında ətraflı məlumatı TQDK-nın rəsmi internet saytında əldə etmək olar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: