Aqrar Universitetdə dini etiqad azadlığı mövzusunda semminar keçirilib

3-12-2015, 18:00
736

http://s015.radikal.ru/i332/1512/ca/31f7c5794cbe.jpg


http://i003.radikal.ru/1512/10/e65ec4923b59.jpg


Gündəlik Analitik İnformasiya Agentliyi ADAU-nun mətbuat xidmətinə istnadən xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsində "Azərbaycanda Dini Etiqad Azadlığı Təmin olunub" mövzusunda semminar keçirilib. Universitetin tələbə-müəllim kollektivinin iştirakı ilə keçirilən seminarda İslam dininin dəyərlərindən, dövlət din münasibətlərindən və bu istiqamətdə görülən işlərdən, qəbul edilən qanunlardan danışılıb.
Tədbirdə vurğulanıb ki, Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə çox yaxşdır. Bu gün Azərbaycan vətəndaşı "Dini Etiqad Azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam mənada bəhrələnir. Eyni zamanda Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi də qəbul edilir. Din pərdəsi altında radikal, dağıdıcı, ektemist məqsədlər isə yol verilməzdir.
Universitetin prorektoru Anar Hətəmov, professor Cəmaləddin Məmmədov, Ziyad Abbasov, Qiyas Abbasov dosent Azad Bayramov, Mirnaib Mirsalahov və tələbələr çıxış edib, Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından danışıblar, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup radikal şəxsin respublikamızda ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək, bütövlükdə Konstitusiya quruluşunu dəyişdirməyə yönəldilən hərəkətlərinə münasibət bildiriblər.
Çıxış edənlərin hər biri Nardaran hadisələrini pisləyib, ölkədə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından danışıblar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: