Latviyanın Rifah Nazirliyinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Ећəhidlər xiyabanını ziyarət edib

4-12-2015, 05:00
728

http://www.azerbaijan-news.az/images/contents/4d0b438f1e60a73622f6e7bc3041e073.jpg


Azərbaycana rəsmi səfərə gələn Latviya Respublikasının rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 3-də Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti daha sonra Ећəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Azərbaycan övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Ећəhərin yüksək nöqtəsindən Bakının ümumi mənzərəsini seyr edən nümayəndə heyətinə paytaxtın inkişafı, tarixi memarlıq xüsusiyyətləri qorunub saxlanmaqla, burada həyata keçirilən müasir infrastruktur layihələri, görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumatlar verilib.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: