Aqrar Universitetin Aqranomluq fakültəsində də Nardaran hadisələrinə münasibət bildirilib

4-12-2015, 18:00
927

http://s018.radikal.ru/i521/1512/36/1e624c2f2f08.jpg


http://s016.radikal.ru/i335/1512/cd/c07a43bdf1ea.jpg


http://s020.radikal.ru/i700/1512/df/f82d27a94095.jpg


http://s015.radikal.ru/i333/1512/58/6930074e1d15.jpg


Gündəlik Analitik İnformasiya Agentliyi ADAU-nun Mətbuat Xidmətinə istinadən yaydığı məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqranomluq fakültəsinin müəllim və tələbə kollektivi də Nardaranda baş verən hadisələrə münasibətlərini bildirib, mövqelərini nümayiş etdiriblər. "Azərbaycada dini etiqat azadlığı tam təmin olunub" adlı tədbirdə deyilib ki, bu gün ölkədə dini dəyəyərlərə daha həssas yanaşılır, məscidlər tikilir və ya əsaslı şəkildə bərpa edilir, ziyarətgahlar ən müqəddəs məkan kimi qorunur. İslami dəyərlər zaman-zaman daha da kamilləşib və bərabərlik, birlik və humanizmin təsdiqinə çevrilib.
ADAU-nun mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, Aqranomluq fakültəsinin dekanı Məhərrəm Hüseynov, Professor Bəhman Əliyev, Zaur Hümbətov, Azərbaycan tarixi, hüquq və fəlsəfə kafedrasının müəllimi Ећəhla Məmmədova İslam dini adı altında radikallığın, terrorun, ekstremizmin yol verilməz olduğunu deyib, dini dəyərlərin insanın kamilləşməsində oynadığı roldan danışıblar. Qeyd edilib ki, əgər sovetlər birlizi zamanında Azərbaycanda 12 məscid var idisə indi bu məscidlərin sayı 2166-ya çatıb. Bununla yanaşı Azərbaycanda 13 kilsə, 7 sinoqoq da fəaliyyət göstərir. Əsas məsələ bu gün gəncliyi düzgün tərbiyə etmək, İslam dininin mahiyyətini onlara olduğu kimi təbliğ etməkdir.
Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov isə müsəlman dünyasında baş verən hadisələrin mahiyyətini açıb, yaxın Ећərqdə baş verənlərin təhlilini aparıb və Azərbaycanda belə halların baş verməməsi üçün hər kəsi mövqe göstərməyə çağırıb. Bildirib ki, Nardaran hadisələri də radikal dindarların şər qüvvələrin təsiri altına düşməsindən baş verib.
Tədbirdə tələbələr daha fəal olub, baş verənlərə kəskin etirazını bildirib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: