"Günəşli" yatağındakı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb

6-12-2015, 06:00
952

http://www.azerbaijan-news.az/images/contents/6e9540c9b2c72bbe1b113dabd361431a.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Dövlət Neft Ећirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda dekabrın 4-də "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğının baş verdiyi qeyd olunur. Bildirilir ki, ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub. İlkin məlumata görə, bir nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas olunması tədbirləri davam etdirilir.
Sərəncama əsasən, xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədilə Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət Komissiyasına itkin düşənlərin axtarışını və xilasetmə işlərinin sürətləndirilməsini təmin etmək, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək tapşırılıb. Həmçinin qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsinin, xəsarət alanların müalicəsinin, dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsinin təmin edilməsinə dair tapşırıq verilib.
Sərəncamda Baş Prokurorluğa Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirmək tapşırılıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: