Riyaziyyat fənni üzrə test modellərinin müzakirəsi başa çatıb

6-12-2015, 09:00
832

http://www.azerbaijan-news.az/uploads/images/2015/dekabr/05/14493303102036545652_1000x669.jpg


Riyaziyyat fənni üzrə seminarda birinci və ikinci ixtisas qrupları üzrə yeni test tapşırığı nümunələrinin elmi-metodik baxımdan müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, seminarda test tapşırığı nümunələri mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.
Beləliklə, birinci və ikinci ixtisas qrupları üzrə yeni test tapşırığı nümunələrinin müzakirəsi başa çatıb. Bu test modelləri 2016-cı ildə "Abituriyent" jurnalının birinci nömrəsində dərc ediləcək.
Dekabrın 11-də bu il ali təhsil müəssisələrinə ikinci ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: