Bu gün Aqrar Universitetdə bütün dərslər bir dəqiqəlik sükutla başlayıb

7-12-2015, 11:00
769

http://s018.radikal.ru/i509/1512/07/d69024baae51.jpg

http://s017.radikal.ru/i443/1512/65/5a4d72db724b.jpg

http://i080.radikal.ru/1512/73/ec34d103eaf0.jpg

http://s018.radikal.ru/i507/1512/da/165d1c72b35e.jpg


Gündəlik Analitik İnformasiya Agentliyi ADAU-nun Mətbuat Xidmətinə istinadən yaydığı məlumata görə Azərbaycan Dövlət Aqrar Universitetin bütün fakültə və ixtisaslarında bu gün dərslər Dövlət Neft Ећirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın zamanı həlak olanların xatirəsinin anılması ilə başlayıb.
ADAU-nun mətbuat xidmətindən bildirilir ki, dənizdə həlak olanların ruhuna dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib. Universitetin Aqranomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov deyib ki, çətin hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülən tədbirlər nəticəsində 32 nəfər xilas edilib. İlkin məlumata görə 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.
ADAU-nun kollektivi adından qəzada həlak olanların və itkin düşənlərin ailələrinə baş sağlığı verilib, Allahdan səbr arzulanıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: