İngiltərə: güclü qasırğa çayları məcrasından çıxarıb

7-12-2015, 15:30
760

http://www.azerbaijan-news.az/images/contents/8974aeef1245b90bae337b14f47e3034.jpg


Britaniyanın Kambriya qraflığı "Desmond" qasırğası səbəbindən baş verən güclü daşqına məruz qalıb. Məcrasından çıxmış çaylar qraflığın şəhər və kəndlərini basıb. Nəticədə küçələr su altında qalıb və on minlərlə evin elektrik enerjisi kəsilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, küləyin sürəti bəzən saniyədə 120 metrə çatır.
Böyük Britaniyanın Baş nazir Devid Kemeron xilasetmə işlərinə hərbçilərin də cəlb olunmasına dair göstəriş verib. Hazırda mindən çox insanın təbii fəlakət zonasından təxliyə edildiyi bildirilir.
Yaşayış məntəqələrində bəzi evlərdə suyun səviyyəsi qurşağı ötür. Qəfildən baş verən daşqın nəticəsində bir neçə nəfər küçədə, avtomobillərinin içərisində təcrid olunmuş vəziyyətdə qalıb. Ећotlandiya və İngiltərənin bəzi şəhərləri arasında dəmir yol əlaqəsi kəsilib.
Hökumət ölkənin şimal-qərbində ən yüksək – "qırmızı" təhlükə səviyyəsi elan edib.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: