Beynəlxalq koalisiya səhvən suriyalı əsgərlərə hücum etdi

8-12-2015, 01:00
725

http://www.azerbaijan-news.az/images/contents/5525bbfffe5730ebf1abb026806e6b82.jpg


ABЕћ-ın başçılıq etdiyi koalisiyanın hava hücumu nəticəsində Suriya hökumət qoşunlarının üç əsgəri həlak olmuşdur. Bu barədə "Röyter" agentliyi xəbər verir.
Hadisə ölkənin qərbində, İЕћİD terrorçularının nəzarətində olan Deyr əz-Zor əyalətində baş vermişdir. Aviasiya zərbəsi Əyyaş şəhərinin yaxınlığında hökumət qoşunlarının hərbi düşərgəsini qismən dağıtmışdır.
Bu, koalisiya qüvvələri Suriyanı bombardman etməyə başlayandan bəri ilk analoji hadisədir.
Rəsmi Dəməşq Deyr əz-Zor əyalətində hökumət ordusunun mövqelərinə hava hücumunu "təcavüz aktı" kimi qiymətləndirmişdir. Xarici İşlər Nazirliyi qeyd edir ki, ABЕћ-ın başçılıq etdiyi koalisiyanın 4 təyyarəsi ordu düşərgəsinə 9 raket atmışdır. Nəticədə 3 hərbi qulluqçu həlak olmuş, 13 nəfər yaralanmışdır. Nazirlik hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Ећurasına etiraz notası göndərmişdir.
Beynəlxalq koalisiya isə Suriya hökumət qoşunlarının düşərgəsinə hava hücumunu inkar edir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: