Obama: ABЕћ İЕћİD-i məhv edəcək

8-12-2015, 02:00
750

http://www.azerbaijan-news.az/images/contents/75cf0774670e011c6ffabfba72972435.jpg


ABЕћ Prezidenti Barak Obama televiziya ilə xüsusi müraciətində Kaliforniya ştatının San-Bernardino şəhərində adamların kütləvi güllələnməsini terror aktı kimi qiymətləndirmiş və ABЕћ Konqresini İЕћİD qruplaşmasına qarşı hərbi güc tətbiqinə razılıq verməyə çağırmışdır. Bu barədə CNN telekanalı xəbər verir.
"Bu, günahsız adamların qətlinə yönəldilmiş terror aktı idi", - deyə Obama San-Bernardino faciəsini şərh edərək bildirmişdir. O qeyd etmişdir ki, hazırda Federal Təhqiqatlar Bürosu bu işlə bağlı faktları toplayır. Obamanın dediyinə görə, cinayətkarların hərəkətlərinin xaricdən idarə olunması barədə hələ ki sübut yoxdur.
Eyni zamanda Amerika Prezidenti vurğulamışdır ki, terrorçuluq təhlükəsi realdır və ABЕћ onu dəf etmək niyyətindədir. O əlavə etmişdir ki, Kaliforniyada atışma terror təhlükəsinin yeni fazasıdır.
Obama əlavə etmişdir ki, "Biz İЕћİD-i, yaxud bizə ziyan vurmağa cəhd edən hər hansı digər təşkilatı məhv edəcəyik". ABЕћ Prezidenti əmin etmişdir ki, amerikalı hərbçilər bütün dünyada terrorçuları "ovlayırlar". O vurğulamışdır ki, söhbət ABЕћ-ın islamla müharibəsindən getmir. "İЕћİD ölümə pərəstişdir, onun üzvləri isə qatillər və başkəsənlərdir", - deyə Amerika lideri bildirmişdir.
Ağ evin başçısı həmçinin qeyd etmişdir ki, ABЕћ terrorçuluqla mübarizədə bütün imkanlardan istifadə etmək niyyətindədir. Eyni zamanda Obama vurğulamışdır ki, Vaşinqton çoxməsrəfli yerüstü əməliyyata başlamamalıdır. Onun dediyinə görə, söhbət Suriya və İraqa yeni xüsusi təyinatlı qüvvələrin göndərilməsindən, habelə İЕћİD-lə mübarizə üçün on minlərlə iraqlı və suriyalının hazırlanmasından gedir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: